Prezident İlham Əliyev "Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncam" imzalayıb.
Xırdalanın yolları əsaslı təmir ediləcək - PUL AYRILDI
Prezident İlham Əliyev "Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncam" imzalayıb.
Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika , həftəsonu endirimləri ərəfəsində yeni “Faydalı J Friday”adlı kredit kampaniyasına start verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlər üçün "Məşğulluq" altsisteminin (MAS) təqdimatı keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 35 müəssisənin nümayəndələrinin iştirak etdiyi tədbirdə altsistem, ondan istifadə, MAS-dakı "Vakansiya bankı", MAS-dan istifadə qaydası barədə məlumat verilib.
Mövzuya yaxın mənbələrə görə, Almaniyanın ən böyük bankı "Deutsche Bank AG", radikal bir yenidənqurma planı çərçivəsində istəmədiyi aktivlərinin böyük bir hissəsini ABŞ bankı "Goldman Sachs Group Inc"a satıb.
Satılmış aktivlərin 40 milyard sterlinq (51 milyard dollar) məbləğində olduğu bildirilir.
27 noyabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Səhiyyə Nazirliyi yanında Beynəlxalq Səhiyyə Xidmətləri Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri CevatŞengül və baş direktor Mehmet Ali Kılıçkayanıqəbul edib. Görüşdə həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi CengizGüneş vəAgentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazoviştirak ediblər.<
Noyabrın 28-nə manatın məzənnəsi açıqlanıb.
28.11.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Çinin elektron ticarət nəhəngi Alibaba şirkətinin səhmləri dünən Honq Konq birjasında ticarətə buraxılıb.
İlk əməliyyat günündə 6.6% bahalaşan səhmlər bu gün də 3% bahalaşıb. Beləcə 2 gündə təxminən 10% artım reallaşıb.
Noyabrın 27-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 290 min 145 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz çoxdur. Keçən il noyabrın 27-dək 216 min 403 ton pambıq yığılmışdı.
Kampaniya şərtlərinə əsasən siz yalnız bir gün, 29 Noyabr 2019-cu il tarixində PAŞA Bank Miles&Smiles Black Edition kartını 50% endirimlə əldə edə bilərsiniz. Kartı əldə etmək üçün www.miles.pashabank.az saytına daxil olaraq və yaxud PAŞA Bank filiallarına yaxınlaşaraq kartı sifariş etmək kifayətdir.