Banco.az | Tezliklə

Sabahın rəsmi məzənnəsi

Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.

04.12.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Azərbaycanca

Türkiyənin “Koton” mağazalar şəbəkəsinin Azərbaycandakı törəməsi - LƏĞV OLUNUR

Türkiyənin “Koton Mağazacılık Tekstil Sanayi Ve Ticaret” A.Ş.-nin Azərbaycandakı törəmə şirkəti olan “Koton Mağazacılık” MMC (Koton Azərbaycan) ləğv olunur.

Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.

Azərbaycanca

Prezident İlham Əliyev Türkiyənin və İran İslam Respublikasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Həmin gün dövlətimizin başçısı İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

Azərbaycanca

Xaricə mal satışı zamanı bank hesablaşmaları

Xaricə mal satışından gəlir müəssisənin bank hesabına qeyri-rezident bank tərəfindən tutulan komissiyası məbləği çıxılan məbləğdən sonra qalan məbləğ daxil olur. Misal üçün, xarici mal alan kontrakt üzrə 10.000 ABŞ dolları vəsait köçürür, 30 ABŞ dolları qeyri-rezident bank tərəfindən tutulur və hesaba 9.970 ABŞ dolları daxil olur.

Azərbaycanca

Bu idman kompleksinə 7,5 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Azərbaycanca

Apple ilin ən yaxşılarının adını açıqladı

2019-cu ilin bitməsinə bir neçə gün qaldığı bir vaxtda iPhone həmişə olduğu kimi ilin ən yaxşı oyununun və tətbiqinin adını açıqlayıb. TED.az xəbər verir ki, bu açıqlama Nyu-Yorkda keçirilən özəl tədbirdə verilib.

Azərbaycanca

Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyinat olub

Azərbaycan Respublikası Baş Nazirinin Katibliyin rəisi vəzifəsinə təyinat olub. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, bu vəzifəyə Ələsgər Ələsgərov təyin edilib.

Report.az

Azərbaycanca

KOBİA tərəfindən “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur

Dekabrın 3-də Bakı Ekspo Mərkəzində öz işinə başlamış 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilk dəfə olaraq “KOB Virtual Müəssisə”ni təqdim edib.

Azərbaycanca

Noyabrda pul bazası daha sürətli artıb

2019-cu ilin Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında pul bazası 375.7 milyon manat artaraq 10 milyard 674,5 milyon manata çatıb.

2019-cu ilin 11 ayı ərzində pul bazası 1 milyard 128.8 milyon manat artıb.

Azərbaycanca

Mərkəzi Bank devalvasiyata itirdiyi valyuta ehtiyatlarını bərpa edir

2019-cu ilin Noyabr ayı ərzində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 38.4 milyon dollar artaraq 6 milyard 183,1 milyon dollara çatıb. Sentyabrın sonunda valyuta ehtiyatları 6 milyard 144,7 milyon dollar təşkil etmişdi.

2019-cu ilin 11 ayı ərzində valyuta ehtiyatları 557.4 milyon dollar artıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »