Rusiya Federasiyasının Dağıstan Respublikasından Azərbaycana düyü ixracına başlayıb.
Dağıstanın Kənd Təsərrüfatı Nazirliyi ilin sonunadək düyü istehsalının proqnozlaşdırılandan daha çox olacağını gözləyir.
Rusiya Federasiyasının Dağıstan Respublikasından Azərbaycana düyü ixracına başlayıb.
Dağıstanın Kənd Təsərrüfatı Nazirliyi ilin sonunadək düyü istehsalının proqnozlaşdırılandan daha çox olacağını gözləyir.
Almaniya kansleri Angela Merkel "Forbes" jurnalının versiyasına görə, 2019-cu ildə dünyanın ən nüfuzlu 100 qadını reytinqinə başçılıq edib.
Siyahıda ikinci və üçüncü yerləri BVF-nin keçmiş rəhbəri Kristin Laqard və ABŞ Konqresinin Nümayəndələr palatasının sədri Nensi Pelosi tutublar.
Ünvanlı dövlət sosial yardımı dedikdə, dövlət tərəfindən yalnız aztəminatlı ailələrə aylıq verilən pul yardımı nəzərdə tutulur.
"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 28-ci bəndində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmək qabiliyyətinin itirilməsi halında müavinət ödənilib-ödənilməməsi məsələsinə də aydınlıq gətirilib.
13 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
PAŞA Bankın VISA əməkhaqqı kartı ilə aviabilet və turistik paketlərın alınmasını, xarici otellərin ödənişini həyata keçirən ilk 50 müştəri 1 ədəd pulsuz "Fast Track" xidməti qazanacaq. "Fast Track" xidməti “Azərbaycan Hava Yolları” şirkətinin müştəriləri üçün nəzərdə tutulub. Kampaniyadan hər müştəri yalnız 1 dəfə yararlana bilər.
Kampaniya 15 yanvar tarixinə kimi keçərlidir.
Azərbaycan hökuməti ölkədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması (IDP Living Standards and Livelihoods) üzrə layihə üçün Dünya Bankından alınan kreditin qalan hissəsini istifadə etməkdən imtina edib və beləcə layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən bu ilin sonuna dəyişdirilib.
Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
13.12.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
Noyabrın sonuna Azərbaycan təbii qazını Avropaya daşıyacaq Trans-Adriatik Boru Xətti (TAP) layihəsi üzrə işlərin - mühəndislik, satınalma və tikinti işləri də daxil olmaqla 90,7 faizi icra edilib. Bu barədə boru kəmərinin operatoru olan "TAP AG" şirkətinin məlumatında qeyd olunub: "TAP layihəsində boru kəmərinin inşası mərhələsi yekunlaşmaq üzrədir. Qrafikə uyğun olaraq hər gün yüz metrlərlə boru xəndəklərə düzülür, qaynaqlanır, torpaq yenidən bərpa olunur".
Dünyada elə gizli yerlər var ki, heç kimin onları görməyinə icazə verilmir. Belə ki, peyk antenləri tərəfindən aparılan çəkilişlərdə belə, bu görüntülər ya “Google” tərəfindən silinir, ya da müəmmalı bir şəkildə qaraldılır. Bu cür yerləri tanıtmaq istəyirik.