Banco.az | Tezliklə

Azərbaycanın xarici dövlət borcu azalıb

2026-cı il mart ayının 1-i vəziyyətinə ölkənin xarici dövlət borcu 4 mlrd. 728,0 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

    Qeyd edilib ki, xarici dövlət borcu əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz azalıb.

    Azərbaycanca

    Azərbaycanın strateji valyuta ehtiyatları 91 mlrd. dollara yaxınlaşıb

    Azərbaycanın strateji valyuta ehtiyatları 90 mlrd. 667,7 mln. dollara çatıb.

    Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

    Məlumata görə, ölkənin strateji valyuta ehtiyatları ötən ilin eyni dövrünə nisbətən 24,6% artıb.

    Azərbaycanca

    Əhalinin sayı açıqlandı

    Ölkə əhalisinin sayı ilin əvvəlindən 1689 nəfər və ya 0.02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 264 040 nəfərə çatıb.

    Banco.az xəbər verir ki, ölkə əhalisinin 54.3 faizini şəhər, 45.7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

    Azərbaycanca

    Azərbaycanda nə qədər qızıl ehtiyatı var?

    Müəllif: Gülnar Əhmədli, Banco.az

    Azərbaycanda 2026-cı ilin yanvar-fevral aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 406.6 kiloqramı qızılın, 681.4 kiloqramı isə gümüşün payına düşüb.  

    Azərbaycanca

    Azərbaycan əhalisinin gəlirləri 6 %-ə yaxın artıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 12 milyard 573,8 milyon manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

    Məlumatya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.

    Azərbaycanca

    Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin həcmi açıqlanıb

    Bu ilin martın 1-dək Dövlət Vergi Xidməti tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı portal üzərindən vətəndaşlar tərəfindən ümumilikdə 28.237 müraciət daxil olub.

    Azərbaycanca

    Expressbank Qlobal Pul Həftəsi ilə əlaqədar məktəblilərlə görüşüb

    Qlobal Pul Həftəsi çərçivəsində Expressbank tərəfindən Xətai rayonu, 55 nömrəli tam orta ümumtəhsil məktəbinin 7 və 8ci sinif şagirdləri üçün maarifləndirici tədbir təşkil olunub.

    Azərbaycanca

    Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İnvestra Kredit İttifaqı" MMC-ni dövlət qeydiyyatına alıb.

     Vergilər qəzeti xəbər verir ki, şirkət 4004 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi isə Məhərrəmov Əliqismət Ocaqəli oğludur.

      MMC-nin hüquqi ünvanı Masallı şəhəri, Səməd Vurğun küçəsi, 4, döngə 1-də yerləşir.

      Azərbaycanca

      Yelo Bank Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub

      Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların, gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsini hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026) Azərbaycanda da start götürüb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəhbərliyi ilə keçirilən bu beynəlxalq kampaniyaya Yelo Bank "Yelo Finance Talks" layihəsi ilə aktiv dəstək verir.

      Azərbaycanca

      Səhifələr

      « first ‹ previous … last »