2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 65,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, göstərilən dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manat olub.
Aksiz vergisi üzrə daxilolmalar 23 faiz artıb