Hesabat ilinin sonuna yaxınlaşırıq. Vergi ödəyicilərinin fəaliyyət növlərinə, uçot formalarına uyğun olaraq hüquqi şəxslər illik mənfəət, fiziki şəxslər də illik gəlir vergisi bəyannamələri tərtib etməlidirlər. Gəlirlərin və xərclərin bu bəyannamələrdə əks etdirilməsi onların çəkilmə vaxtı məsələsinə görə müəyyənləşdirilir. Yəni vergi ödəyiciləri gəlir və xərclərini onların çəkilmə vaxtına uyğun olaraq bəyanamələrdə göstərməlidirlər.
Gəlir vergisi bəyannamələrinin tərtibi zamanı hansı məqamlara diqqət etmək lazımdır?