Youtube TikTok platformasına rəqib olacaq yeni funksiyası üzərində işləyir. “Shorts” adlanacaq bu yeni funksiya TikTok platformasında olduğu kimi qısa videolar hazırlamağa imkan verəcək.
Youtube-dan TikTok-a rəqib yeni funksiya gəlir
Youtube TikTok platformasına rəqib olacaq yeni funksiyası üzərində işləyir. “Shorts” adlanacaq bu yeni funksiya TikTok platformasında olduğu kimi qısa videolar hazırlamağa imkan verəcək.
Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, 2019-cu ilin yekunlarına görə təqdim edilməli olan hüquqi şəxslərin mənfəət və əmlak vergisinin, fiziki şəxslərin gəlir vergisinin, 2020-ci ilin fevral ayına görə təqdim edilməli olan aksizin, ƏDV, yol və mədən vergilərinin, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin, uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannamələrinin təqdim edilməsinin və vergilərin
Koronavirus pandemiyasının iqtisadiyyatda yaratdığı dalğalanmaların mənfi təsirinin azaldılması yönündə ölkə miqyasında atılan addımlara dəstək olan Bank of Baku, onlayn ticarətlə məşğul olmaq istəyən biznes sahiblərinə özəl kampaniyaya start verir.
Aprelin 3-də Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.
Bu barədə MM-in Mətbuat xidmətindən bildirilib.
"İndi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olan zaman bildirib.
Koronavirus pandemiyası səbəbilə sosial məsafə saxlamağın əhəmiyyətinə diqqət çəkmək üçün bəzi şirkətlər bu istiqamətdə reklam kampaniyaları həyata keçirərkən, bəziləri isə loqolarını dəyişdiriblər. Bu günədək beş tanınmış marka bu addımı atıb ki, sözügedən markalar Audi, Coca-Cola, DHL, McDonald’s və Volkswagen – dir.
Bakı Fond Birjasında 2020-ci ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2,076,041,404 manat təşkil etmişdir. 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 3,854,512,648 olmuşdur.
Dünyada Koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarının axtarmasına, həmçinin texnoloji həllərin yaratmasına sövq edir. COVID-19 virusu ilə mübarizəyə yönəldilən yeni texnoloji həlləri bir araya gətirmək üçün 9-12 aprel 2020-ci il tarixləri arasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC-nin təşkilatçılığı ilə ilk Virtual Hackathon keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining" şirkəti ölkə bankları ilə 20 milyon ABŞ dolları dəyərində ehtiyat kredit xəttinin açılmasına dair danışıqlar aparır.
Bu barədə "Anglo Asian Mining"in dərc etdiyi hesabatda deyilir.
Bu ilin birinci rübündə Azərbaycanda dövlət büdcəsinin mədaxili 7 810,9 mln manat, xərcləri 5 254,8 mln manat olub, 2 556,1 mln manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.