Banco.az | Tezliklə

Kapital Bank-ın İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov sayca beşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblərlə ilk görüşünü keçirib. Proqram çərçivəsində bu il Fərid Hüseynov müsabiqənin iki qalibinin – Fərid Mustafayev və Elnur Mirzəzadənin mentoru qismində çıxış edərək onların fərdi inkişaf planına dəstək verəcək.

Azərbaycanca

Avtomobil nəhəngi Türkiyədə minlərlə avtomobili geri çağırır

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın avtomobil nəhəngi "Mercedes-Benz"  "EQ technology G580" modellərində ciddi təhlükəsizlik qüsuru olduğunu açıqlayıb.

Azərbaycanca

Çinin valyuta ehtiyatları 2,5 faiz azalıb

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin Dövlət Valyuta İdarəsi (SAFE) 2026-cı ilin mart ayı ilə bitən dövr üçün valyuta ehtiyatları məlumatlarını açıqlayıb.

Azərbaycanca

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 3 %-ə yaxın artıb

Bu il aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,4 % artaraq 871 138 təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 2,6 % artaraq 59,942 min olub.

Azərbaycanca

Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb

Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb

Bakıda sakinlərdən birinin başına gələn hadisə sığortanın real həyatdakı dəyərini bir daha göstərib. Ötən il yaşayış binalarının birində qonşu mənzildən baş verən su sızması nəticəsində mənzilin divarları, tavanı və döşəməsi ciddi zərərə məruz qalıb.

Ev sahibi mənzilini əvvəlcədən sığortalatdığı üçün dəymiş zərər sığorta şirkəti tərəfindən 18 135 AZN məbləğində qarşılanıb.

Qeyd edək ki, zərər dəymiş mənzil PAŞA Sığorta tərəfindən sığortalanıb.

Azərbaycanca

ABŞ şirkəti Azərbaycan bazarından çıxır

“CSRA Consular Services Inc.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv edilir.

Banco.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, mənzil 13 ünvanına bildirə bilərlər.

Azərbaycanca

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 9%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 mart tarixinə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 32 milyard 2.5 milyon manat təşkil edib.

Azərbaycanca

I rübdə daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Bu barədə Dövlət Vergi Xidməti xəbər verir.

Azərbaycanca

Unicapital ilə PAŞA Bank-ın səhmdarı olun: Tarixi IPO

Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan “Unicapital İnvestisiya Şirkəti” ASC, ölkənin maliyyə bazarında tarixi bir yeniliyi təqdim edir. Belə ki, investorlar Unicapital vasitəsilə Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank-ın səhmlərini əldə edərək onun rəsmi səhmdarına çevrilə bilər.

Azərbaycanca

“Yapı Kredi Bank Azərbaycan” QSC və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı!

“Yapı Kredi Bank Azərbaycan” QSC ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri Mete Şamil Öztürk imzalayıblar.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »