ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,38% artaraq 1 barelə görə 45,16 dollar təşkil edib.
Neft yenidən bahalaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,38% artaraq 1 barelə görə 45,16 dollar təşkil edib.
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablara köçürülüb.
Prezident İlham Əliyev “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Sənədə əsasən, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda 4-3-cü hissə əlavə edilib:
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
Məlumata görə, 11.08.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunmuşdur.
Dövlət Gömrük Komitəsi iyul ayında dövlət büdcəsinə 340 milyon 211 min manat vəsait toplayıb.
Bu məbləğin 84 milyon 126 min manatı gömrük rüsumu, 241 milyon 428 min manatı ƏDV, 11 milyon 816 min manat aksizlər, 2 milyon 840 min manatı isə yol vergisi olub.
Qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlara dəstək layihəsi”nin icrasına başlanır.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Onlayn formada keçiriləcək “Peşəkar Mühasib” təlim kurslarına qeydiyyat elan edir.
Təlimə Bakı şəhəri ilə yanaşı Regionlardan da iştirakçılar müraciət edə bilərlər.
Azərbaycanda bütün neft-qaz layihələri uğurla icra edilir.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Şirkətlərin öz xidmətlərini və məhsullarını daha çox auditoriyaya təqdim etməsində əvəzsiz rolu olan sosial şəbəkələrdən biri də Instagramdır.