Banco.az | Tezliklə

Azərbaycan iqtisadiyyatı 2035-ci ilə qədər 150 milyard dollara qədər arta bilər

Planlı transformasiya ilə Azərbaycan iqtisadiyyatı 2035-ci ilə qədər 150 milyard dollara qədər arta bilər.

Bu barədə beynəlxalq konsaltinq şirkəti “OliverWyman Group”un hesabatında bildirilib.

Azərbaycanca

Kapital Bank enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir

Ölkənin birinci bankı Kapital Bank dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Azərbaycanca

Ötən il investisiya şirkətlərinin xalis mənfəəti 32% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci il ərzində investisiya şirkətlərinin xalis mənfəəti 32% (2.5 mln. manat) azalaraq il sonuna 5.4 mln. manat olub.

Azərbaycanca

Azərbaycana Avropa ölkələrindən turist axını 17 %-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Avropa ölkələrindən 27 174 turist səfər edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % çoxdur.

O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 12 878 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 3,3 % çoxdur.

Azərbaycanca

Azərbaycanda bankların ipoteka krediti portfeli 5 milyard manata yaxınlaşır

2025-ci ilin yekununda Azərbaycan banklarının ipoteka krediti portfelinin dəyəri 4,6 milyard manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, bu, 2024-cü ilin yekunu ilə müqayisədə 8,4 % və yaxud 356 milyon manat çoxdur.

Azərbaycanca

Sığorta sektorunun mənfəətliliyi 7 mln. manat azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən il sığorta sektoru mənfəətlə fəaliyyət göstərsə də, sektorun mənfəətliliyi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Azərbaycanca

AMB: Mənzil bazarında qiymət artım tempində sabitləşmə müşahidə olunur

Azərbaycanda mənzil bazarında qiymət artım tempində sabitləşmə müşahidə olunur.

Bu barədə Azərbaycan Mərkəzi Bankının "Maliyyə Hesabatı"nda bildirilib.

Azərbaycanca

Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilmişdir

Azərbaycan Kredit Bürosunun (AKB) Baş direktoru Elçin Həbibov Çin Xalq Respublikasının aparıcı kredit bürolarından biri olan Pudao Kredit Bürosunun (PKB) Baş İcraçı Direktoru cənab Jin Bo və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüş Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Çin Xalq Respublikasının banklarına səfər çərçivəsində paytaxt Pekin şəhərində baş tutmuşdur.

Azərbaycanca

Dizel və gübrə ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

Bu gün Biləcəri stansiyasından Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.

Azərbaycanca

Azərbaycana Yaxın Şərqdən turist axını 4 % azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Yaxın Şərq ölkələrindən 36 470 turist gəlib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % azdır.

İki ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 10 959 nəfər. Bu, 1 il əvvələ nisbətən 13,3 % çoxdur.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »