Ötən ay Azərbaycandan Gürcüstana 6,03 mln ABŞ dolları həcmində pul köçürülüb.
Bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Ötən ay Azərbaycandan Gürcüstana 6,03 mln ABŞ dolları həcmində pul köçürülüb.
Bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub.
Vergi Məcəlləsinin 115.5-ci maddəsinə əsasən, əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Məcəllənin 115.6-cı maddəsində isə göstərilir ki, təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə 115-ci maddənin müddəaları icarəçiyə tətbiq edilmir.
ABŞ Mərkəzi Bankı FED-in idarə heyətinin üzvü Lael Brainard bankın rəqəmsal pullarla bağlı araşdırmalara başladığını bildirib.
Rəsmi məlumatlara görə, buna səbəb dolların rolunun göz önünə alınması olub.
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti cüzi azalıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,3 ABŞ dolları və ya 0,66% azalaraq 45,45 dollar təşkil edib.
Sabahdan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
18 avqust 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
Amerika fond bazarında "Dow Jones" indeksi 0,29% - 27 896,72 bəndədək, "S&P 500" indeksi 0,20% - 3 373,43 bəndədək azalıb, NASDAQ isə - 0,27% - 11 042,50 bəndədək artıb.
Azərbaycan Maliyyə Nazirliyi Maliyyə Nazirliyinin tabeliyindəki şöbə və strukturların inzibati binasının daşınmaz əmlakın icbari sığortası çərçivəsində sığorta şirkəti seçir.
Seçim açıq tender yolu ilə aparılır.
Tamara Mustafayeva, Banco.az
ABŞ-ın transmilli avtomobil istehsalçısı Ford şirkətinin buraxdığı T Modelinin bazara çıxarılmasından təqribən 100 il sonra bəşəriyyət digər bir avtomobil inqilabına şahidlik etmək üzrədir: 2023-cü ildən etibarən həyatımıza daxil olacaq uçan taksi xidməti.