ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,36 % artaraq 1 barelə görə 45,06 dollar təşkil edib.
Neft bahalaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,36 % artaraq 1 barelə görə 45,06 dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2020-ci ilin avqustun 21-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avronun məzənnəsi 2,0190 manat, Rusiya rublu 0,0230 manat, 1 türk lirəsi isə 0,2331 manat civarında müəyyənləşib.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlunun bu ölkənin iri şəhərlərindən olan Vencounun meri Yao Qaoyuan və digər rəhbər şəxslərlə görüşündə ölkəmiz ilə Vencou arasında ticarət və investisiya sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Son yumşalmalar hotellərin fəaliyyətinə təkan verib.
Bunu açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib.
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 426,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azalıb.
“Türk Hava Yolları” aviaşirkəti Tbilisidən İstanbula uçuşları bərpa edir.
Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilib.
“Apple” şirkəti Hindistanda yeni “iPhone 12” smartfonlarının mümkün istehsalının təşkilini nəzərdən keçirir. “Made in India” adlı ilk “iPhone 12” modellərinin 2021-ci ilin ortalarında satışa çıxarılacağı gözlənilir.
Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
Məlumata görə, 21.08.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunmuşdur.
Tamara Mustafayeva, Banco.az
Heç iş yerinizə baxıb onun daha yaxşı dizayn edilmiş olmasını xəyal etmisinizmi?
Çox sanslı olduğuna inandığımız bəzi insanlar var ki, onların çalışdıqları ofislər əsl memarlıq incisidir.
Dövlət Şəhərsalma və Arxitertura Komitəsi birpencere.arxkom.gov.az elektron müraciət sistemində "Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri üçün elektron müraciət modulu"-nun yaradılması (1), eləcə də "Şəhərsalma əsaslandıması layihələrinin təsdiqi üçün elektron müraciət modulu"-nun yaradılması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.