Banco.az | Tezliklə

Instagramda hekayələr 30 gün qalacaq - YENİLİK

Yaxın vaxtlarda Instagram hekayələri üçün yalnız iPhone-larda istifadə olunacaq yeni funksiya təqdim ediləcək.

Yenilik vasitəsilə hekayələrin 24 saat sonra silinməməsi mümkün olacaq. Yenilik nəticəsində sosial şəbəkəyə "son silinənlər" bölməsi əlavə ediləcək. Bu bölmə vasitəsilə hekayəni önə çıxarmadan 30 gün saxlamaq mümkün olacaq. 

Azərbaycanca

Bugünkü valyuta hərracında 64,8 mln. dollar cəlb olunub

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 64,8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (20 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 4,0% və ya 2,5 mln. dollar artıb.

Azərbaycanca

ASK İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti (AİBNDX) arasında görüş keçirilib.

Bu barədə ASK-dən bildirilib.

Azərbaycanca

"Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinə daha bir təyinat olub

21 illik bank təcrübəsinə malik olan Ahmet Kudret İşler 24 iyul 2020-ci il tarixindən etibarən "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin üzvü təyin edilmişdir.

Azərbaycanca

"AccessBank" müştərilərinin hüquqlarını qoruyur

"AccessBank" müştərilərlə münasibətlərini Müştəri Hüquqlarının Mühafizəsi Prinsiplərinə (MHM) uyğun şəkildə qurur. Bu prinsiplər beynəlxalq və milli mikromaliyyə qurumlarının yenilikçi və müştəriyönümlü davranış kodeksləri əsasında yaradılıb. MHM prinsipləri "AccessBank"a maliyyə xidməti sektorunda yüksək etik və davamlı biznes strategiya tətbiq etmək imkanı yaradır.

Azərbaycanca

Unibank daha bir vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank Bakı sakini Şahin İbrahimovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Şahin İbrahimov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir. Bank əməkdaşları ona biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib.

Azərbaycanca

Logistika sahəsində tanınmış şirkət məzun və tələbələri işə qəbul etdi

24 avqust 2020-ci il tarixindən etibarən “166 Logistika Akademiyası” 2020 yay təcrübə proqramına start verilib. Seçim mərhələsində iştirak etmiş 350 nəfərdən 41 nəfər bu mərhələləri uğurla keçərək “166 Yükdaşıma və Logistika” şirkətində 3 aylıq ödənişli (şirkət tərəfindən ödəniş olunaraq) təcrübə proqramına qatılmaq imkanı əldə ediblər.

Azərbaycanca

Azərbaycan bu il Türkiyəyə ən çox qaz ixrac edən ölkə olub

Türkiyə bu ilin ilk yarısında miqdar ifadəsində ən çox təbii qazı – 5 444,099 mln. kubmetr – Azərbaycandan idxal edib.

Azərbaycandan alınan qazın miqdarı ötən illə müqayisədə 23,4% artıb. Müsbət dinamikaya Trans- Anadolu Qaz Boru Kəmərindən qaz miqdarının artması da təsir edib.

Azərbaycanca

Fiziki şəxslərə ödənilən dividendlərlə bağlı vergi güzəştləri

Fiziki şəxslərə ödənilən dividendlərlə bağlı vergi güzəştləri və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Məsələyə tam aydınlıq gətirmək üçün 102.1.22-ci maddəyə nəzər yetirməliyik.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »