Bank BTB Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığı çərçivəsində mikro kreditlərin verilməsini davam etdirir. Belə ki, artıq müəyyən müştərilər Bank BTB-nin təklif etdiyi aqrar kreditlərdən faydalana biliblər. Kreditlər əsasən kənd təsərrüfatının müxtəlif sahələrində - əkinçilik, heyvandarlıq, bağçılıq və s. çalışan təsərrüfat sahiblərinə verilib.
Bank BTB kənd təsərrüfatı üçün mikro kreditlərin verilməsinə davam edir