Ölkənin qabaqcıl investisiya şirkətlərindən olan “Unicapital İnvestisiya Şirkəti” maliyyə savadlılığının artırılması və rəqəmsal iqtisadiyyatın təşviqi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə, şirkətin Baş direktoru Vüqar Namazov Odlar Yurdu Universitetində (OYU) keçirilən “Rəqəmsal iqtisadiyyat şəraitində sahibkarlığın inkişaf mexanizmləri” mövzusunda elmi-praktik seminarda spiker qismində iştirak edib.
Unicapital-ın Baş direktoru Odlar Yurdu Universitetində keçirilən seminarda çıxış etdi