Kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 1,75% artaraq 2,24 trilyon dollara yüksəlib.
Banco.az xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in (BTC) qiyməti 1,95% artaraq 65 610 dollara, “Ethereum”un (ETH) qiyməti 2,25% yüksələrək 1 715,92 dollara çatıb. BNB tokeni isə 1,17% bahalaşaraq 616,21 dollardan ticarət olunub.
