Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib.
Komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib
Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib.
30 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Bu ilin II rübündə İsveçrədə ÜDM istehsalı son 40 ilin ən kəskin azalması ilə üzləşib və rekord səviyyədə – 7,3% azalıb.
2020-ci ilin II rübündə ölkədə əsasən tələbat və istehlak azalıb. COVID-19 pandemiyası fonunda şəxsi istehlak 8,1%, ölkənin ixracı isə 6,5% azalıb.
Azərbaycan ərəb ölkələrinə ixracı artırmaq niyyətindədir.
Bunu Ərəb ölkələri ilə əməkdaşlıq Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Davam edən qeyri-müəyyənliklər fonunda cari ildə qlobal neft tələbatı gündəlik 9,5 milyon barrel azalacaq.
Bu sözləri OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
“OPEC-ə üzv olmayan ölkələrin neft istehsalının da bu il sutkada 2,7 milyon barrel azalacağı gözlənilir”, - deyə o bildirib.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2020-ci ilin sentyabrın 29-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avronun məzənnəsi 1,9850 manat, 1 türk lirəsi 0,2177 manat, Rusiya rublu isə 0,0215 manat civarında müəyyənləşib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,38 % azalaraq 1 barelə görə 42,27 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin qiyməti 0,47 % azalaraq 40,41 dollar təşkil edib.
Mərkəzi Bank sığortanma ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibini açıqlayıb.
Tenderin qalibi "A-Qroup Sığorta" ASC-dir.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərar verib.
Ölkə ərazisində xüsusi karantin rejimi 2 noyabr saat 06:00-dək uzadılıb.
28 sentyabr 2020 – ci il – “Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında atılan uğurlu addımlar nəticəsində işğalçı düşmən təxribatının qarşısı alınmışdır. Şirkətimiz hərbi təyinatlı texnikaların daşınması ilə dövlətimizin hər zaman yanındadır və Azərbaycan Ordusuna əlindən gələn bütün dəstəyi göstərir. Əminik ki, 30 ildir davam edən ədalətsizliyə ən yaxın zamanda son qoyulacaq.