Müəllif: Tamara Mustafayeva, Banco.az
“Lufthansa”da dönüş nöqtəsi: “CityLine” bağlanır, təyyarələr sıradan çıxarılır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Lufthansa”da dönüş nöqtəsi: “CityLine” bağlanır, təyyarələr sıradan çıxarılır.
Azərbaycan Mərkəzi Bankının strukturunda olan İnformasiya və kibertəhlükəsizlik departamentinin adı dəyişdirilib.
Banco.az xəbər verir ki, AMB İdarə Heyətinin 10 mart 2026-c il tarixli qərarı ilə orqan bundan sonra İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamenti kimi fəaliyyətini davam etdirəcək.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 3163:2026 “Macəra turizmi — Lüğət”, AZS ISO 21101:2026 “Macəra turizmi — Təhlükəsizlik idarəetmə sistemləri —Tələblər”, AZS ISO 21103:2026 “Macəra turizmi — İştirakçılar üçün məlumat” dövlət standartları qəbul edilib.
Ölkənin qabaqcıl investisiya şirkətlərindən olan “Unicapital İnvestisiya Şirkəti” maliyyə savadlılığının artırılması və rəqəmsal iqtisadiyyatın təşviqi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə, şirkətin Baş direktoru Vüqar Namazov Odlar Yurdu Universitetində (OYU) keçirilən “Rəqəmsal iqtisadiyyat şəraitində sahibkarlığın inkişaf mexanizmləri” mövzusunda elmi-praktik seminarda spiker qismində iştirak edib.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri gələn il 13,77 mlrd. manata qədər arta bilər.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Ötən il Rusiyadan Azərbaycana 500 mindən çox turist gəlib.
Mərkəzi Bank ləğv prossesində olan “Finoko” bank olmayan kredit təşkilatını (BOKT) inzibati məsuliyyətə cəlb edib.
Bu barədə AMB xəbər verir.
Bu ilin I rübündə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 665 milyon 527 min ABŞ dollarına bərabər olub.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-mart aylarında yeyinti məhsulları üzrə idxalın dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.
Rusiyadan Azərbaycan ərazisi ilə Ermənistana 26 min ton yük daşınıb.
Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı deyib.
İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 400 km-dən çox avtomobil yolu tikilib.
Bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.