Unibank karantin rejiminə görə biznesinə dövlətdən maliyyə dəstəyi alan sahibkarlar üçün banka gəlmədən onlayn hesab açmaq xidməti təklif edir. Bank hesabı olmayan hər bir fərdi sahibkar evində oturaraq onlayn hesab aça bilər. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır.
Dövlətdən maliyyə dəstəyi alan sahibkarlara Unibankdan rahat təklif: hesabı banka gəlmədən açın!