Bu ilin iyul ayında Azərbaycan avtomobil bazarında elan qiymətlərinin medianı 17 min manat təşkil edib.
Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) verilən məlumata görə, iyun ayı ilə müqayisədə 900 manat və ya 5 % azalma qeydə alınsa da, AQP avtomobil qiymət indeksinin təhlili bu dəyişikliklərin əsasən bazarın təklif strukturunun yenilənməsi ilə bağlı olduğunu göstərir.
