“Azersun Holding”ə yaxın olan “Azərbaycan Sənaye Sığorta” ASC 2026-cı ilin birinci rübünü 94.1 min manat xalis zərərlə başa vurub ki, bu da ötən ilin eyni dövründəki 386.4 min manatlıq mənfəətlə müqayisədə kəskin geriləmə deməkdir.
Banco. az bunu şirkətin təqdim etdiyi hesabata istinadən xəbər verir.
