Banco.az | Tezliklə

AMB Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə tamhüquqlu üzv qəbul olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Sisteminin Yaşıllaşdırılması Üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə (NGFS - Network of Central Banks and Supervisors for Greening the Financial System) tamhüquqlu üzv kimi qəbul olunub.

Azərbaycanca

Mənfəətinə görə sığorta şirkətlərinin renkinqi (I rüb 2026)

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Ölkədə fəaliyyət göstərən sığorta şirkətləri 2026-cı ilin I rübünə olan maliyyə göstəricilərini açıqlayıblar. Paşa Həyat Sığorta 15,1 milyon manat mənfəətlə ən yüksək nəticə göstərən şirkət olub.

Azərbaycanca

Ən çox məhsul satdığımız ölkələr

Bu ilin yanvar-mart aylarında Rusiya Federasiyasına 211.6 milyon ABŞ dolları, Türkiyəyə 139.9 milyon ABŞ dolları, Gürcüstana 120.7 milyon ABŞ dolları, İsveçrəyə 103.4 milyon ABŞ dolları, Ukraynaya isə 42.7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Azərbaycanca

Azərbaycanda hotellərin gəlirləri 128 milyon manatı keçdi

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz artaraq 128,7 milyon manat olmuşdur ki, onun da 58,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,7 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Azərbaycanca

Metronun yeni stansiyası bu ərazidə olacaq - VİDEO

Cəlil Məmmədquluzadə küçəsində tikintisi tamamlanmaq üzrə olan yeni stansiya tezliklə şəhərin xəritəsində öz yerini tutacaq. 

Banco.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

Azərbaycanca

"20 Yanvar"ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

"Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasını Masazır kəndi (M.S.Ordubadi küçəsi) ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı marşrutda istismar edilən avtobuslar yenilənir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Azərbaycanca

Bankın kredit borcuna görə qohumlara zəng etməsi qanunidirmi?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Sosial şəbəkələrdə yayılan məlumata görə, bank vətəndaşın kredit borcu barədə qohumuna zəng edərək məlumat verdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb. Bankın öz müştərisinin qohumlarına onun borcu barədə məlumat verməsi qanunidirmi?

Azərbaycanca

Azərbaycanda hotellərdəki yerlərin 82% faizi boş qalıb

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 838,2 min olmuşdur.

Azərbaycanca

İKTA: Poçtla sifariş edilən bəzi məhsullar müsadirə oluna bilər

Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir.

Azərbaycanca

"Azərkosmos"un ixrac gəlirləri 3%-ə yaxın artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 4,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »