Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.
Banco.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.
Banco.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha əlçatan və sərfəli edən kampaniyaya start verib. 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində Birbank Biznes tətbiqi vasitəsilə krediti başdan-başa onlayn rəsmiləşdirən müştərilər 5%-dək endirim əldə edirlər.
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub.
Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyasında iştirak edib.
Daha yaşıl və dayanıqlı gələcəyin qurulmasına töhfə verməyi sosial məsuliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirən Rabitəbank ekoloji təşəbbüslərə dəstəyini davam etdirir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin növbəti nümunəsi olaraq Bank 8 Noyabr Zəfər Gününə həsr edilmiş ağacəkmə aksiyasına qoşulub. Abşeron rayonunun Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya həm ətraf mühitin qorunmasına, həm də yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bankların kredit və depozit faizləri əhalinin maliyyə qərarlarına və bank sektorundakı aktivliyə birbaşa təsir edən əsas göstəricilərdən biridir. Xüsusilə kredit faizləri borclanmanın əlçatanlığını, depozit faizləri isə əhalinin vəsaitlərini banklarda saxlamaq marağını müəyyənləşdirir.
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır.
Banco.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib.
Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq.
Bu, Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Azərbaycanda satılan bəzi “Android TV box” cihazlarında “BADBOX 2.0” botnet kampaniyasına aid zərərli komponentlərin aşkarlanması barədə xəbərdarlıq edir.
Müəllif: Gülnar Əhmədli, Banco.az