Qarışıq gübrələrin istehsalı üzrə birgə Azərbaycan-Belarus layihəsinin reallaşdırılmasına hazırlıq işləri yekun mərhələdədir.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Belarus Universal Əmtəə Birjasının Bakıda keçirdiyi "Bizneslə açıq dialoq" seminarında çıxışı zamanı bildirib.
