Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Zimbra Collaboration Suite" (ZCS) istifadə edən təşkilatların elektron poçt sistemlərinə qarşı müşahidə olunan hədəfli kibertəhdidlərlə bağlı xəbərdarlıq edir.
Bu barədə MKA məlumat yayıb.
İpoteka və Kredit Zəmanət Fondunun şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq etdiyi satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə indiyə qədər 10 015 ailənin mənzil şəraiti yaxşılaşıb ki, bunun da 945-i cari ildə bağlanmış müqavilələrin payına düşür.
Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda innovativ həll və xidmətlərin təşviqini dəstəkləyən görüşlərin keçirilməsi davam etdirilir. Bu istiqamətdə mühüm müzakirə platforması kimi çıxış edən “Rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi” dəyirmi masası bu dəfə sığorta sektoru və kapital bazarları təşkilatlarının nümayəndələrini bir araya gətirib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 35 ölkəsindən olan 95-dək şirkətə 15,2 milyon dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 ölkə azdır, xidmət dəyəri isə 1,5 dəfə çoxdur.
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər.
Banco.az Baku.ws-ə istinadən xəbər verir ki, qəsəbədə yerləşən A. Zeynallı küçəsi 35 ünvanındakı 1A saylı bina, A.Zeynallı küçəsi 37 ünvanındakı 2A saylı bina, M. S. Ordubadi küçəsi 15 ünvanındakı 3 saylı bina və A. Zeynallı küçəsi 37 ünvanındakı 4A saylı binanın sökülməsi nəzərdən keçirilir.
Bank Olmayan Kredit Təşkilatı "International" ASC sizi güclü komandasının bir parçası olmağa dəvət edir!
Bank Olmayan Kredit Təşkilatı “International” ASC vakansiya elan edir.
2026/2027-ci tədris ili üzrə ali məktəblərə qəbul olunan tələbələrin yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq.
Dövlət İmtahan Mərkəzinin açıqladığı statistikaya əsasən, bu il ali təhsil müəssisələrinə ümumilikdə 58 947 nəfər qəbul olunub. Onlardan 28 108 nəfəri dövlət sifarişi, 317 nəfəri dövlət hesabı, 30 522 nəfəri isə ödənişli əsaslarla tələbə adını qazanıb.
Əmək məzuniyyəti ilə bağlı ən çox verilən suallardan biri də istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın alınması ilə bağlıdır. Aydındır ki, işçinin əmək müqaviləsinə xitam verilərkən onun istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilir. Bəs işini davam edən işçiyə necə, belə bir hüquq tanınırmı? Bu halda kompensasiya necə ödənilir?
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.
Banco.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.