Bu ilin yanvar-may aylarında ölkədə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar 2 milyard 806,8 milyon manata yaxın olub.
Dövlət Vergi Xidməti xəbər verir ki, proqnozdan əlavə 159,1 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 877,7 milyon manatdan çox təşkil edib.
