Banco.az | Tezliklə

Azərbaycan Misirdən giləmeyvə tədarük etməyə başlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 222,3 min ABŞ dolları dəyərində 13,1 ton giləmeyvə (moruq, böyürtkən, tut, qarağat, motmutu, quşüzümü, qaragilə, digər giləmeyvələr) idxal edib.

Banco.az xəbər verir ki,  Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,7 %, kəmiyyət olaraq – 3,4 % azdır.

Azərbaycanca

Azərbaycan banklarının reklam xərcləri – 4 illik statistika

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları ötən il reklam və marketinqə 92.6 milyon manat xərc çəkiblər. Bu, 2024-cü illə (97.8 milyon manat) müqayisədə 5,3% azdır.

Azərbaycanca

Türkiyənin ən dəyərli 5 brendi

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq brend qiymətləndirmə şirkəti Brand Finance 2026-cı il üçün "Türkiyənin Ən Güclü və Ən Dəyərli Brendləri - Türkiyə 125" hesabatını hazırlayıb.

Azərbaycanca

Nazir: Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir

Azərbaycan bütün Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Tokioda yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşündə deyib.

Azərbaycanca

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

“AzInTelecom” MMC Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində iştirak edib.

Türk dövlətlərinin qlobal maliyyə inteqrasiyası mövzusunda keçirilən sammitdə “AzInTelecom”un stendi qurulub. Stenddə şirkətə məxsus olan SİMA Rəqəmsal Həllər Platformasının maliyyə sektoru üçün faydalı məhsulları barədə iştirakçılara məlumat verilib. 

Tədbirdə şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev “Biometriyanın fintekdə müasir rəqəmsal həllərə təsiri” mövsuzunda çıxış edib. O, öz çıxışında müasir fintek ekosistemində istifadəçi təcrübəsinin sürətləndirilməsi və maliyyə əməliyyatlarının təhlükəsizliyində biometrik texnologiyaların əsas funksiyasından bəhs edib. F.Fərəcullayev qeyd edib ki, üztanıma və digər biometrik identifikasiya həlləri maliyyə institutlarında fırıldaqçılıqla mübarizə və məsafədən xidmət göstərilməsi proseslərində kritik rol oynayır.

Müzakirələrdə kibertəhlükəsizlik, yaşıl maliyyə, investisiya imkanları və insan kapitalının inkişafı kimi aktual mövzulara da toxunulub. “AzInTelecom”un tədbirdə iştirak məqsədi regionda fintek ekosisteminin inkişafında öz innovativ həlləri ilə yaxından iştirak etmək olub.

“AzInTelecom” haqqında

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC 2015-ci ildən bulud həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində ixtisaslaşmış olaraq fəaliyyət göstərir. Şirkət “Hökumət buludu” və SİMA rəqəmsal həllər platforması kimi ölkəmiqyaslı layihələrin provayderidir.

 

Azərbaycanca

Rabitəbankda yeni təyinat!

 “Rabitəbank” ASC-də yeni kadr təyinatı baş tutub. 9 iyun 2026-cı il tarixindən etibarən Aygün Məmmədli bankın Marketinq Departamentinin Partnyorlarla iş şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycanca

Əhalinin gəlirləri artıb

Müəllif:Mehin Qasımova,Banco.az

2026-cı ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri 37 milyard 699,8 milyon manata çatıb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Azərbaycanca

Bakıdan bu şəhərə birbaşa reys açılır

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı–Maskat aviareysinin açılmasını planlaşdırır.

Bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında bildirilib.

Azərbaycanca

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 25 milyon 510,7 min manat təşkil edib.

Banco.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Qeyd edək ki, bu  ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artıb.

    Azərbaycanca

    Azərbaycanda orta aylıq əməkhaqqı 7%-ə yaxın artıb

    2026-cı ilin  yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 172,1 manat təşkil edib.

    Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Qed edək ki, bu  ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

    Azərbaycanca

    Səhifələr

    « first ‹ previous last »