Bank Respublika-dan həyatlara toxunan təşəbbüs
Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. “14 iyun - Ümumdünya Qan Donoru Günü” ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrək qanvermə aksiyasında iştirak ediblər.
