2026-cı ilin ilk rübündə cari əməliyyatlar balansında (CƏB) 1,7 milyard ABŞ dolları həcmində profisit formalaşıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 557,1 milyon ABŞ dolları və ya 48,7% çoxdur.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
