Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb. Tərəfdaşlıq üzrə zəruri hüquqi və institusional hazırlıqların tamamlanmasından sonra maliyyələşmə mexanizmi artıq həm fiziki şəxslər, həm də biznes müştəriləri üçün əlçatandır.
"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb !