Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bu il aktivləri artan və azalan banklar
Araşdırma: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü nəzərdə tutulmadığından qeyri-iş günləri yalnız həftəsonlarına təsadüf edəcək.
Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib. Baş tutan açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.
Rabitəbank tibb işçilərinin maliyyə ehtiyaclarını daha rahat və əlçatan şəkildə qarşılamaq məqsədilə tibb sahəsində çalışan şəxslər üçün xüsusi şərtlərlə Nağd Pul krediti kampaniyasına start verib. Belə ki, 31 avqust 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində həkimlər və digər tibb işçiləri 50 000 AZN-dək məbləğdə, 59 ayadək müddətə Nağd Pul kreditini sərfəli faiz şərtləri ilə kredit əldə edə biləcəklər.
ABB uşaqlar üçün ABB mobile daxilində yeni rəqəmsal bankçılıq təcrübəsini istifadəyə verib. Yeni Uşaq Profili uşaqların erkən yaşlardan rəqəmsal maliyyə xidmətləri ilə təhlükəsiz və rahat şəkildə tanış olmasına, məsuliyyətli maliyyə davranışının formalaşmasına dəstək verir.
Əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aidiyyəti dövlət orqanları (qurumları) arasında əlaqələndirilmə gücləndiriləcək.
Banco.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır.
Banco.az xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.
Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul hazırlanıb.
"Bakı Fond Birjası" QSC (BFB) Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində Qazaxıstanın "JET Group Ltd." şirkəti ilə müqavilə imzalayıb.
Bu barədə BFB xəbər verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 3 milyard 636 milyon 158 min ABŞ dolları dəyərində 23 min 799,8 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər/ qızıl, sikkə kəsilməsində istifadə olmayan, digər emal olunmamış formalarda) ixrac edib.