Son 20 ildə Azərbaycan üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1,3 % olub.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
