Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair qaydalar dəyişdirilib.
Azərbaycanda dövlət təşkilatlarının büdcədənkənar vəsaitlərindən istifadə qaydalarına dəyişiklik edilib
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair qaydalar dəyişdirilib.
2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 254 milyon 453,6 min manat vəsait geri qaytarılıb.
Banco.az xəbər verir ki, geri qaytarılan vəsaitlərin bir hissəsi fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərində aldığı mallara və xidmətlərə görə ödədiyi ƏDV-nin qaytarılması ilə bağlı olub.
Bu ilin sentyabrında Azərbaycanda müntəzəm avtobus marşrutları ilə daşınan sərnişinlərin sayı 50 milyon 594 min 609 nəfər təşkil edib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 86,3 % təşkil edib.
"Statcounter" agentliyinin məlumatına görə, bu, avqust ayına nisbətən 2,69 faiz bəndi çox, 2025-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə isə 8,78 faiz bəndi və ya 9,2 % azdır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti keçirilən hərracda 12 nəqliyyat vasitəsi satılıb.
Banco.az quruma istinadən xəbər verir ki, hərracda start qiyməti 10 min manat olan "Kamaz" markalı yük avtomobili 33 min manata, ilkin qiyməti 14 min manat olan "Hyundai HB100" markalı ekskavator isə 28 min manata satılıb.
Özəl məhkəmə ekspertlərinin gəlirləri vergiyə cəlb ediləcək.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Gürcüstan Azərbaycandan elektrik enerjisini vasitəçi şirkət olmadan idxal edəcək.
Banco.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Oktyabrın 10-dan etibarən Azərbaycanda ov mövsümü açıq elan ediləcək.
Banco.az xəbər verir ki, bu barədə Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında qərar qəbul edilib.
Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin "Elanlar" bölməsindən əldə edə biləcəklər.
Azərbaycanda sosial şəbəkə platformalarının istifadə payları üzrə 2026-cı ilin sentyabr ayına dair statistika açıqlanıb.
Banco.az xəbər verir ki, “Global Stats” Statistika Mərkəzinin məlumatına görə, hesabat ayında Azərbaycanda sosial media platformaları arasında ən yüksək bazar payı “Facebook”a məxsus olub. Platformanın istifadə payı əvvəlki ayla müqayisədə 9,61 faiz bəndi azalaraq 37,26 faiz təşkil edib.