Donald Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək.
Banco.az xəbər verir ki, bu barədə anonim mənbələrə istinadən CBS telekanalı məlumat yayıb.
Donald Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək.
Banco.az xəbər verir ki, bu barədə anonim mənbələrə istinadən CBS telekanalı məlumat yayıb.
2024-cü ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamındakı 470 güzəştli mənzilin alışı üçün 28,8 milyon manat ipoteka krediti verilib.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Bank BTB-nin elan etdiyi Bahar Kampaniyası təcili pula ehtiyacı olan şəxslərə əlverişli güzəştlər təqdim edir. Kampaniya çərçivəsində qızıl və qızıl zinət əşyalarınızı girov qoymaqla ən uzunmüddətli krediti 48 ay müddətinədək əldə edə bilərsiniz. Qeyd edək ki, təqdim edilən qızıl və qızıl zinət əşyaları sıfır xidmət haqqı ilə, yüksək dəyərlə bank tərəfindən qiymətləndirilir və kredit dərhal rəsmiləşdirilir. Kredit rəsmi iş yeri olmadan, tək şəxsiyyət vəsiqəsi ilə təqdim olunur.
Bu ilin yanvar–fevral aylarında Azərbaycanda 4 864,8 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində elektrik avtomobil istehsalı və satışının fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığı bildirilib.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.
Banco.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,81 ABŞ dolları və ya 1,09% azalaraq 73,21 ABŞ dollarına enib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nı təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 103 ölkə arasında 71,01 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb. Azərbaycan yanvar (70,65 MB/S) ayı ilə müqayisədə mövqeyində 1 pillə geriləyib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 230 mln. manat xərclənib.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyərək 3 000 ABŞ dollarını ötüb.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,32% artaraq 3 000,8 ABŞ dollarına bərabər olub.