2025-ci ilin yanvar-iyul ayları ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 55,2 milyard manat təşkil edib.
Azərbaycanda nağdsız ödənişlərin həcmi 55 mlrd. manatı ötüb
2025-ci ilin yanvar-iyul ayları ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 55,2 milyard manat təşkil edib.
31 avqust – 5 sentyabr 2025-ci il tarixlərdə 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC – International Collegiate Programming Contest) Dünya Finalı Azərbaycanda keçirilir. ICPC Foundation tərəfindən təşkil olunan müsabiqə ADA Universitetinin ev sahibliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə həyata keçirilir.
Müəllif - Fərid İslamov - Banco.az
İtalyan bankı Banca Monte dei Paschi di Siena rəqibi olan Mediobanca Banca di Credito Finanziario SpA-nın alınması üzrə təklifini nağd ödəniş komponenti əlavə etməklə yaxşılaşdırıb.
Bankın açıqlamasına görə, indi Mediobanca-nın hər bir səhmi üçün təkcə 2,533 yeni Monte Paschi səhm deyil, həm də 0,9 avro təklif olunur.
Bazar bağlanış qiymətinə əsasən, Mediobanca-nın dəyəri təxminən 16,95 milyard avro olaraq qiymətləndirilir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Tesla" Çində arxa ötürücülü Model 3-ün qiymətini 3,7 faiz azaldıb.
Banco.az xəbər verir ki, bu addım şirkətin Çin bazarındakı rəqabət mövqeyini gücləndirmək məqsədi daşıyır.
Müəllif:Mehin Qasımova,Banco.az
Milyarder iş adamı İlon Maskın maliyyələşdirdiyi uçan avtomobil sınaq uçuşlarına başlayıb.
Müəllif:Mehin Qasımova,Banco.az
Aİ ölkələri hərbi xərcləri 19% artırıb.
Banco.az xəbər verir ki, bu barədə Aİ Müdafiə Agentliyi məlumat verib.
Müəllif:Mehin Qasımova,Banco.az
Rusiya ABŞ və Çin ilə müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirir.
Banco.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
Banco.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,8 ABŞ dolları və ya 1,15% artaraq 70,54 ABŞ dolları təşkil edib.
Müəllif - Fərid İslamov - Banco.az
Amazon.com Inc. Yeni Zelandiyada bulud infrastrukturu sahəsində 7,5 milyard Yeni Zelandiya dolları (təxminən 4,4 milyard ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.
Şirkətin mətbuat xidməti bildirir ki, uzunmüddətli investisiyalar ölkədə data mərkəzlərinin (DC) inşası və dəstəklənməsinə yönəldiləcək.
Müəllif:Mehin Qasımova,Banco.az
Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 68,43 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,28 dollar (0,41%) bahadır.