Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən göndərilən pul baratlarının həcmi 533 milyon 957 ABŞ dolları təşkil edib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən göndərilən pul baratlarının həcmi 533 milyon 957 ABŞ dolları təşkil edib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2025-ci ilin yanvar-avqust aylarında 163 milyon 501 min ABŞ dolları dəyərində 759 min 945 ton buğda idxal edilib.
“Unibank”ın mobil bankçılıq xidməti olan Leobank 7-18 yaş arası uşaqlar üçün “Leo Uşaq Kartı”nı müştərilərin istifadəsinə verib. Yeni məhsul uşaqlara pulu idarə etməyi öyrənməyə, valideynlərə isə hər bir xərcdən xəbərdar olmağa və prosesə nəzarət etməyə kömək etmək üçün nəzərdə tutulub.
Bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard ABŞ dolları artaraq 77,7 milyard ABŞ dollarına çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Avropa Birliyinin Rusiya qaz yanacaqlarından asılılığına daha tez son qoymağı təklif edəcəyini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2025-cü il sentyabrın 17-nə ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
1 EUR - 2.0154 manat
Müəllif - Fərid İslamov - Banco.az
ABŞ Federal Ehtiyat Sistemi (FED) sədri Jerome Pauell çərşənbə günü başa çatan iki günlük iclasdan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, heç kim bilmir ki, ABŞ iqtisadiyyatı üç il sonra hansı vəziyyətdə olacaq.
Eyni zamanda, əsas ssenari göstərir ki, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumlarının inflyasiyaya təsiri qısa müddətli olacaq, deyə FED rəhbəri qeyd edib. Onun sözlərinə görə, bu təsirin sürəti və miqyası artıq azalıb.
Müəllif - Fərid İslamov - Banco.az
ABŞ-da ticarət neft ehtiyatları keçən həftə 13 iyun tarixindən bəri maksimum səviyyədə, yəni 9,29 milyon barel azalaraq 415,4 milyon barel olub. Bu barədə Energetika Nazirliyinin həftəlik hesabatında bildirilir.
Ekspertlər orta hesabla ehtiyatların 1,5 milyon barel azalmasını gözləyirdilər.
12 sentyabrla bitən həftədə benzin ehtiyatları 2,35 milyon barel azalıb, distillatlardan ibarət məhsullar isə 4,05 milyon barel artıb.
Müəllif:Mehin Qasımova,Banco.az
Hindistan və ABŞ-dan olan müzakirəçilər ikitərəfli ticarət sazişinin bağlanması üçün səyləri artırmaq barədə razılığa gəliblər.
Banco.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Müəllif:Mehin Qasımova,Banco.az
Avrasiya İnkişaf Bankı (EABR) 2025-ci ilin yanvar-iyul ayları arasında banka üzv ölkələr Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan üçün hazırladığı makroiqtisadi araşdırmanın nəticələrini paylaşıb.