Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri 2024-cü il iyulun 24-dən bəri ilk dəfə 1 milyard manatı keçib.
Banco.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, notların ümumi dəyəri avqustun 12-si ilə müqayisədə 127,5 milyon manat artaraq 1 milyard 70 milyon manata çatıb.
