Bank of Baku istiqrazları Bakı Fond Birjasında Əsas Bazar Listinq seqmentinə alındı.
Belə ki, Bankın 8-19 sentyabrda abunə yazılışı baş tutan 20 milyon manatlıq istiqrazlarına 601 investor tərəfindən 682 sifariş yerləşdirilib. Sifarişlərin ümumi həcmi isə 23,433,100 manat təşkil edib.
Qeyd edək ki, investorların 99%-ni fiziki şəxslər təşkil edib. Bu isə kapital bazarına artan marağın və emitentə olan güvənin göstəricisidir.
AZ2010005364 İSİN kodlu istiqrazların yerləşdirilməsi isə 23 sentyabr tarixində həyata keçirilib.
