Müəllif: Tamara Mustafayeva, Banco.az
Taxıl müqaviləsinin uzadılması ehtimalı artdığından buğdanın qiyməti aşağı düşüb.
Banco.az xəbər verir ki, Çikaqo fond birjasında ən yüksək ticarət həcminə malik olan buğda fyuçersləri 0,1 faiz dəyər itirməklə 8,17 dollar/buşel və ya 300,2 dollar/ton olub.
Qarğıdalı isə 0,2 faiz ucuzlaşmaqla 6,56 dollar/buşelə və ya 258,3 dollar/tona düşüb.
Xatırladaq ki, BMT-nin yüksək vəzifəli rəsmiləri Rusiyanın taxıl sazişi ilə bağlı narahatlığını müzakirə etmək üçün cümə günü Cenevrədə Rusiya nümayəndə heyəti ilə görüş keçirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!