Cari ildə ruslar xarici banklara pul köçürmələrini artırıb | Banco.az

Cari ildə ruslar xarici banklara pul köçürmələrini artırıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ildə ruslar xarici banklara pul köçürmələrini artırıb. Banco.az xəbər verir ki, depozitlər doqquz ayda iki dəfə artaraq yanvar ayına məxsus 30,6 milyard dollar səviyyəsindən 63,1 milyard dollara çatıb. 

Xaricə pul köcürmələri Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra sürətlənib. Təkcə fevral ayında Rusiyadan 4,3 milyard dollar transfer edilib. Bu isə 2018-ci ildən bəri müşahidə olunan rekord məbləğdir.  Hazırda əvvəlki dövrlərin statistikası ilə tanış olmaq mümkün deyil. Daha öncə Mərkəzi bank baş verən hadisələr fonunda maliyyə qurumlarına hesabat xarakterli məlumatları dərc etməmək səlahiyyətini vermişdi.

Mərkəzi Bank ölkədən valyuta ixracına məhdudiyyətlər tətbiq etdikdən sonra yazda çıxarılan vəsaitlərin həcmi azalıb. Martda əmanətlərin həcmi 1,7 milyard dollar, apreldə 1,4 milyard dollar, mayda 1,7 milyard dollar təşkil edib. Mayın ortalarında tənzimləyici orqan rublun kəskin bahalaşması fonunda məhdudiyyətləri yumşaldıb. Beləliklə iyunda vətəndaşlar xaricə əvvəlkindən üç dəfə çox köçürmələr həyata keçirib. Əməliyyatların həcmi 5,2 milyard dollar səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram