Müəllif - Aida İsaq, Banco.az
Avropada qazın qiyməti bahalaşmağa davam edəcək. Banco.az xəbər verir ki, bunu Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib. O, 2023-cü ilin fevral və mart aylarının ən kritik dövr olacağını vurğulayıb.
Noyabrın 14-nə olan məlumatlara əsasən isə dekabr ayı üçün qaz fyuçersləri 11,8 faiz artaraq min kubmetr üçün təxminən 1200 dollara çatıb.
"Biz bazarda müəyyən durğunluq müşahidə edirik. Çünki ölkələr yeraltı qaz anbarlarını doldurduqca, alternativ enerji təminatı yaxşılaşır, havalar isti keçir və buna görə də qaza tələbat minimuma enir. İndi havalar soyuyur, qaza təlabat daha çoxdur. Digər tərəfdən, istilik mövsümünün başlanması ilə əlaqədar Çin dövlət şirkətlərinə qazı Avropaya satmamaq, daxili bazarlara göndərmək barədə göstəriş verib” - deyə İqor Yuşkov bildirib.
Analitik hesab edir ki, soyuq hava şəraiti yarandıqca və ehtiyatlar getdikcə azaldıqca qiymətlər də buna paralel olaraq artmağa davam edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!