Bu ölkə Rusiya ilə ticarət əlaqələrini ikiqat gücləndirməyi hədəfləyir | Banco.az

Bu ölkə Rusiya ilə ticarət əlaqələrini ikiqat gücləndirməyi hədəfləyir

Müəllif - Aida İsaq, Banco.az

Hindistan Rusiya ilə ticarətin həcmini, o cümlədən milli valyutalar ilə ödənişləri ikiqat artırmağı hədəfləyir.

Banco.az xəbər verir ki, Ticarət Nazirliyi tərəfindən ixracatçılardan və kommersiya təşkilatlarından gələn rəylər təhlil olunub. Beləliklə, yaxın gələcəkdə ticarət əməliyyatlarının həcmində artımların olacağı gözlənilir. Eyni zamanda Hindistan rupisindən istifadə prosedurları daha da stimullaşdıracaq.

Ticarət departamentinin məlumatına görə, müvafiq qərar milli valyutada beynəlxalq əməliyyatların sadələşdirilməsi o cümlədən onun beynəlmiləlləşməsinə artan marağın fonunda qəbul edilib.

Xatırladaq ki, daha öncə Rusiya Dövlət Dumasının maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov ölkə iqtisadiyyatının Şərq və Asiya ölkələrinə yəni Hindistan, Çin, Vyetnamla əlaqələrin gücləndirilməsinə fokuslandığını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et