Məşhur şirkət Rusiyada fəaliyyətini bərpa etməyi planlamır | Banco.az

Məşhur şirkət Rusiyada fəaliyyətini bərpa etməyi planlamır

Müəllif - Aida İsaq, Banco.az

Fransanın "Loreal" şirkəti Rusiyaya məhsul çatdırılmasının bərpası ilə bağlı məlumatı təkzib edib.

Banco.az xəbər verir ki, şirkət hazırda "Giorgio Armani Beauty" məhsullarını idxal etməyi planlaşdırmır.

"Loreal" Aİ və ABŞ-ın sanksiyalarına ciddi şəkildə əməl etdiyini bildirib.

Şirkətin məlumatına görə, Rusiyadakı bütün mağazalarını və satış məntəqələrini bağlayıb. Gündəlik istifadə üçün nəzərdə tutulan məhsullar istisna olmaqla, əksər brendlərinin satışı da dayandırılıb.

Qeyd edək ki, Britaniya istehsalçısı "Lush" və Yaponiyanın kosmetika, parfümeriya və saça qulluq məhsulları istehsalçısı "Shiseido" mart ayında fəaliyyətini qismən dayandırdığını elan edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram