BVF sədri mərkəzi banklara çağırış edib | Banco.az

BVF sədri mərkəzi banklara çağırış edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF sədri Kristalina Georgieva mərkəzi banklara inflyasiya ilə bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva bəyan edib ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında mərkəzi banklar üçün ən əsas və cari problem inflyasiyanın azaldılmasıdır.

Georgieva 23-cü “Jak Polak Tədqiqat Konfransı”nın açılış mərasimində qlobal iqtisadiyyata dair qiymətləndirmələr edib.

Qlobal iqtisadiyyatın bir-birinin ardınca şok vəziyyəti ilə üzləşdiyini vurğulayan direktor Rusiyanın Ukraynadakı müharibəsinin və davam edən pandemiyanın qlobal iqtisadi mənzərəyə böyük təzyiq göstərdiyini bildirib.

O, qeyd edib ki, dünyada ərzaq və enerji qiymətlərinin bahalaşması, tədarük zəncirində yaranan müntəzəm fasilələr və dövlət borclarının artması ilə inflyasiya son illərin pik həddinə çatmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Georgieva dünya mərkəzi banklarına çağırış edərək fiskal siyasət qurucuları tərəfindən inflyasiyanı artıran və ya monetar siyasətə mane olan addımlardan yayınmaqla yanaşı, ərzaq və yanacaq qiymətlərinin bahalaşmasının qarşısını almaq üçün məqsədyönlü tədbirlərin görülməli olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et