Müəllif - Aida İsaq, Banco.az
Rusiya ilə Hindistan arasında iqtisadi əməkdaşlıq daha da genişlənəcək.
Banco.az xəbər verir ki, hər iki ölkə bunu hədəfləyir. Hindistanın "Tribune" nəşri qeyd edir ki, ABŞ Rusiyadan asılılığın azaldılmasında Nyu-Dehli ilə əməkdaşlıq etmək istəyir. Bu, Hindistanın xarici işlər naziri Subramanyam Caişankarın Moskvaya səfəri fonunda məlum olub. Bununla yanaşı məlumata görə, Hindistan təkcə bu razılşma ilə kifayətlənmək niyyətində deyil. Əksinə, ölkə həm karbohidrogen, həm də gübrə tədarükünü artırmağı hədəfləyir.
Sözügedən nəşrin məlumatına görə, Moskva ilə əməkdaşlıqda Hindistan öz maraqlarını qoruyur və xüsusilə enerji böhranının davam etdiyi dövrdə Qərbin xətti ilə getmək faydalı olmaz.
Bundan əvvəl “The Economic Times”ın xəbərinə görə, Hindistan neft emalı zavodları ABŞ-ın sanksiyalarından və Rusiyadan idxalın xeyrinə ticarət balansının pozulmasından ehtiyat etdikləri üçün Rusiya neftini milli valyuta ilə ödəmək istəmir.
"Reuters"in xəbərinə görə isə, Hindistanın iri bankları Rusiya ilə rupidə (dollar və avro əvəzinə) ticarət mexanizmindən istifadə etməkdən imtina edirlər. Bbu bir növ sanksiyaların hədəfinə çevrilməmək üçündür. Digər tərəfdən isə rublun likvidliyinə şübhə edirlər ki, bu da onun rupiyə dəyişdirilməsi imkanlarına təsir edir.
Bizi sosial şəbəkələrdən izləyin!!