Müəllif: Tamara Mustafayeva, Banco.az
Neft bazarlarında Çindəki hadisələrin təsiri ilə başlayan eniş tendensiyası davam edir.
Banco.az xəbər verir ki, Çinin sıfır Kovid siyasəti ən böyük xam neft idxalçısı olan ölkədə tələb narahatlıqlarının yaranmasına yol açdığı üçün neft qiymətləri də ucuzlaşıb. Bu ucuzlaşmada ABŞ-da xam neft ehtiyatlarının artması da müəyyən rol oynayıb.
Çərşənbə günü 3,5 faiz dəyər itirən ABŞ xam nefti yeni ticarət günündə də bir qədər ucuzlaşaraq hazırda 85,33 dollara satılır.
0,45 faiz ucuzlaşan Brent markalı neft isə 92,23 dollara ticarət olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!