Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin bazarlarında hökm sürən böhran vəziyyəti milyarderlərin sərvət itkisi ilə nəticələnib.
Banco.az xəbər verir ki, Çin hökumətinin Kovid-19 pandemiyasına qarşı yeni yoluxma sayını sıfıra endirməyi ehtiva edən planları ölkə birjalarında səhmlərin ucuzlaşmasına səbəb olmaqdadır. Bununla da, çinli milyarderlərin sərvəti kəskin şəkildə azalıb.
Bloomberg Milyarderlər İndeksinə görə, 2022-ci ildə ən çox sərvətini itirən 7 Çinli milyarderin adları bəlli olub:
Vanq Çuan-Fu
“BYD Auto” şirkətinin baş icraçı direktoru Vanq Çuan-Fu ilin əvvəlindən bu yana 1,9 milyard dollar itirib.
Qin Yinqlin
Çinli kənd təsərrüfatı milyarderi və “Muyuan Foodstuff” şirkətinin sədri Qin Yinqlin 3 milyard dollar itirib.
Zanq Yiminq
“Tiktok”un ana şirkəti “Bytedance”ın təsisçisi Zanq Yiminq 8,8 milyard dollar itirib.
Uilyam Dinq
Çində fəaliyyət göstərən “Netease” internet texnologiyaları şirkətinin baş icraçı direktoru Uilyam Dinq 11,7 milyard dollar itirib.
Hi Şanqcan
Çinin ən böyük elektrik cihazları istehsalçılarından biri olan “Midea”nın həmtəsisçisi Hi Şanqcan 12,8 milyard dollar itirib.
Zonq Şancan
Çinin ən böyük içki şirkəti “Nongfu Spring” və əczaçılıq nəhəngi “Wantai”nin sahibi Zonq Şancan 14,6 milyard dollar itirib.
Ma Xuanten
“Wechat” mesajlaşma tətbiqinin sahibi “Tencent”in təsisçisi Ma Xuanten 18,7 milyard dollar itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!