Kriptovalyuta milyarderi bir gündə 14,6 milyard dollar itirib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Kriptovalyuta milyarderi bir gündə 14,6 milyard dollar itirib

Müəllif - Fərid İslamov, Banco.az

Kriptovalyuta milyarderi bir gündə 14,6 milyard dollar itirib.

FTX və Binance arasında illərdir davam etdiyi bilinən rəqabət FTX-in baş direktoru Sam Bankman-Fried-in bir gündə 14,6 milyard dollar itirərək milyarder titulunu itirməsi ilə nəticələndi. FTX CEO-su Sam Bankman-Fried və Binance CEO-su Changpen Zhao arasındakı rəqabət, 15 milyard dollardan çox sərvəti olduğu düşünülən San Bankman-Fried milyarder ünvanını itirməsi ilə nəticələndi.

Dünyanın ən böyük kriptovalyutası ticarət platforması Binance-in baş direktoru Changpeng Zhao-nun Binance-in əlində olan bütün FTT tokenlərini satacağını elan etməsi ilə başlayan hadisələr silsiləsi nəticəsində FTX-nin likvidlik problemi olduğu ortaya çıxdı və FTX-nin öz token FTT bir gündə 75 faizdən çox dəyər itirdi və Binance-nin FTX satın alması ilə bağlı müqavilə bağlandı.

Şirkətinin likvidlik problemi yaşadığı ortaya çıxana qədər təxmini ümumi aktivləri 15,2 milyard dollar olan Bankman-Fried, Binance ilə FTX arasındakı hadisələr nəticəsində bir gündə 14,6 milyard dollar itirdi. Milyarder titulunu itirən Bankmen-Frid də Bloomberg Billionaires Index-dən silinib.