Mask "Twitter"in nə qədər zərər etdiyini açıqlayıb | Banco.az

Mask "Twitter"in nə qədər zərər etdiyini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “Twitter”in gəlirlərində böyük azalma olduğunu söyləyib.

Banco.az xəbər verir ki, Nyu-Yorkda keçirilən investorlar tədbirində çıxış edən Mask sözügedən gəlir itkisində reklamçılara təzyiq göstərən aktivist qrupları günahlandırıb.

Yenicə satın aldığı şirkətdə dərhal işçi ixtisarları etdiyi üçün tənqid olunan dünyanın ən varlı insanı, “Gün ərzində 4 milyon dollar zərərə uğradığımız bir vaxtda başqa çarəmiz yox idi”, deyə məsələyə münasibət bildirib.

Xatırladaq ki, İlon Mask “Twitter” platformasını satın aldıqdan sonra bir çox tanınmış şirkət platformada reklam yerləşdirməyə dayandırıb. Bu da, təbii ki, sosial media şirkətinin zərərə uğramasında böyük rol oynayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et