Türkiyə bankı ruslar üçün hesab açmaq şərtlərini sərtləşdirib | Banco.az

Türkiyə bankı ruslar üçün hesab açmaq şərtlərini sərtləşdirib

Müəllif - Aida İsaq, Banco.az

Türkiyənin ən böyük banklarından biri olan “DenizBank” ruslar üçün hesab açmaq və istifadə şərtlərini sərtləşdirib. 

Banco.az xəbər verir ki, bank müştərisi olmaq üçün tələb olunan minimum əmanət məbləği təxminən 10 dəfə artırılıb. İndi hesab açmaq üçün ruslar ən azı 5 min dollar depozit yatırmalı olacaqlar. Bundan əvvəl əmanətlərin həcmi təxminən 540 dollar məbləğində idi.

"DenizBank" əmanətin məbləğini artırmaqla yanaşı, SWIFT köçürmələrinin minimum səviyyəsini 10.000 ABŞ dolları səviyyəsində müəyyənləşdirib. Yalnız əməliyyatlara ehtiyacın təsdiqlənməsindən sonra həyata keçirilməsinə icazə verib.

Bundan əlavə, hazırda bank Rusiya Federasiyasından olan yeni müştərilərindən hesab açarkən pul köçürmələri, ticarət və ya digər xarici əməliyyatlar aparmamaqla bağlı öhdəlik sənədini imzalamağı xahiş edir. Müştəri şərtləri pozarsa, bank onlara xidmət göstərməyi dayandıra bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sentyabrın 19-da “DenizBank” Rusiyanın “Mir” bank kartlarına xidmət göstərməyi dayandırıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et